Marneuli miqyasında koronavirusa görə özünütəcriddə olan 11 nəfərin
iki həftəlik təcrid müddəti tamamlandı.
Marneuli İctimai Səhiyyə Mərkəzinin rəhbəri Etter Laperadzenin
“Marneuli” radiosuna verdiyi məlumata görə, onlardan heç birində
koronovirus əlamətləri aşkarlanmayıb, buna görə
də onlar
özünütəcriddən çıxıblar.
Laperadzenin sözlərinə görə, hazırda özünütəcriddə 3 nəfər
qalır.
Qeyd edək ki, ötən həftə özünütəcrid qaydalarını pozduğuna görə,
Marneulidən 3 nəfər məcburi karantinə aparılıb.