Azərbaycandan Gürcüstana çay ixracı artıb
2020-ci ildə Gürcüstan Azərbaycandan 4,81 milyon ABŞ dolları dəyərində 778,5 ton çay tədarük edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə məhsulun həcmi 43,2 ton və yaxud 5,8% artıb.

Ötən il Gürcüstandan Azərbaycana 2,1 milyon ABŞ dolları dəyərində 301,5 ton çay ixrac olunub ki, bu da 2019-cu ilin eyni göstəricisindən 47,6 ton və yaxud 18,7% çoxdur.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər