Rusiya vətəndaşlarının Gürcüstana səfər etmələri üçün bəzi qaydalar
yumşaldılıb. Yeni qaydalara əsasən, Rusiya vətəndaşları martın
6-dan başqa ölkələrdən keçməklə Gürcüstana səfər edə bilərlər.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar hələki
bağlıdır. Ona görə də Rusiya vətəndaşları Gürcüstana birbaşa
uçuşların olduğu ölkələrdən gələ bilərlər.
Nazirlik, həmin ölkələr arasında Azərbaycanın və Türkiyənin də
olduğunu bildirir.
Qeyd edilib ki, Rusiya vətəndaşları təyyarə ilə birbaşa Bakıya
uçaraq, oradan sonra Bakı-Tbilisi reysi ilə Gürcüstana gələ
bilərlər.
“Rusiya vətəndaşları Gürcüstana gəldiyi zaman son 72
saat ərzində əldə olunan "PCR" testini təqdim
etməlidirlər”, – deyə nazirlikdən bildirilib.
Mənbə: azertac.az