Gənc oğlan 20 yaşlı qızı boğaraq öldürüb
Yunanıstanda gənc qadını öldürməkdə və qarət etməkdə şübhəli bilinən 36 yaşlı Gürcüstan vətəndaşı həbs edilib. Yunanıstan mətbuatının yaydığı məlumata görə, cinayətkar 20 yaşlı qadını boğaraq öldürüb və saxta pasportla ölkəni tərk etməyə çalışıb.

Yunanıstanda yaşayan mühacirlərdən biri saxlanılan şəxsin 7 mart tarixində Afina ətrafında gənc bir cütlüyə hücum edən 5 soyğunçudan biri olduğunu yazıb. Məlumata görə, 20 yaşlı qadın, körpəsi və ərinin gözü qarşısında döyülüb. Dəstə daha sonra yaşlı bir cütlüyü bıçaqlayaraq qarət edib.

İttiham oluna Gürcüstan vətəndaşı DNT əsasında şəxsiyyəti müəyyənləşdirilərək Türkiyə sərhədində saxlanılıb.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər