Ölkə ərazisindəki bütün magistral yolların tikintisi 2030-cu ilə qədər sona çatacaq – İrakli Karselidze
Gürcüstanda bütün magistral yolların tikintisi 2030-cu ilə qədər sona çatacaq.

Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karselidze ölkə parlamentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsas magistral yolların tikintisi başa çatdıqdan sonra Azərbaycan sərhədindən Gürcüstandan keçməklə Türkiyəyədək olan yol təxminən 50 faiz qısalacaq.

Nazir deyib: “Bu gün Qırmızı körpüdən Sarpiyədək səyahət müddəti 8 saat təşkil edir. Lakin bizim apardığımız işlər və yol infrastrukturunun yenidən qurulması nəticəsində bu vaxt 4 saata qədər azalacaq”.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google