Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirəcək
Türkiyə Müdafiə Nazirliyinin Azərbaycan mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə 17-28 oktyabr 2022-ci il tarixlərində “Eternity-2022” birgə hərbi təlimi keçiriləcək.

Rəsmi məlumatda bildirilir ki, tərəflərin iştirakı ilə artıq Türkiyədə hərbi təlimlərin planlaşdırılması ilə bağlı ilk görüş keçirilib.

“Eternity-2021” 2021-ci ilin oktyabrında keçirilib və burada beynəlxalq təlim ssenarisi sülhməramlı əməliyyatları, böhranlı dövrlərdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyini, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstan hərbi birləşmələri arasında qarşılıqlı fəaliyyətin artırılmasını nəzərdə tuturdu.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər