Bu il Gürcüstandan 11 Azərbaycan vətəndaşı deportasiya edilib
Bu ilin ilk yarısında Gürcüstandan 11 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Sənədə əsasən, həmin şəxslərin üçü 41-65 yaş, üçü 18-25 yaş qrupuna daxil olan, beşi isə 18 yaşa çatmayan şəxslərdir.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 93 nəfər xarici ölkə vətəndaşı çıxarılıb. Qonşu ölkədə ən çox İran (16 nəfər) və Türkiyə (13 nəfər) vətəndaşları deportasiya ilə üzləşib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər