İşğalçı rejimin bildirdiyinə görə, qondarma referendumun nəticələrinə görə, Rusiyaya birləşməyi Donetsk vilayətində seçicilərin 99,23%-i, Luqanskda 98,42%-i, Zaporojyada 93,11%-i, Xersonda isə 87,05%-i dəstəkləyib
Ukraynanın işğal olunmuş ərazilərindəki işğalçı hakimiyyət qondarma həyata keçirdiyi “referendumların” nəticələrini dərc edib.

Onların hesabatına görə, yüz faiz səslərin hesablanması nəticəsində məlum olub ki, Donetsk vilayətində “seçicilərin” 99,23 faizi, Luqanskda 98,42 faizi, Zaporojyada 93,11 faizi, Xersonda isə 87,05 faizi Rusiyaya birləşməyi dəstəkləyib.

İşğal rejiminə görə, “referendum” zamanı heç bir kobud qanun pozuntusu və irad qeydə alınmayıb.

Xatırladırıq ki, Ukraynanın dörd regionunda - Donetsk, Luqansk, Zaporojye və Xersonda qondarma Sentyabrın 23-27-də “referendum” keçirilib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər