"Sənətkarlar və fəhlələr kütləvi şəkildə Gürcüstanı tərk edirlər - gürcüləri ruslar əvəz edəcək"
"Sənətkarlar və fəhlələr kütləvi şəkildə Gürcüstanı tərk edirlər - gürcüləri ruslar əvəzləməyə başlayacaqlar", - "Arsi" şirkətinin təsisçilərindən olan İrakli Rostomaşvili şəxsi Facebook səhifəsində yazır.

“1 aydan sonra Rusiyadan götürülən pullar qurtaranda iş axtarmağa başlayacaqlar, onun 90%-i tikintiyə gedəcək... Gürcülər gedir... Gürcülərin yerini ruslar tutmağa başlayacaq.

Gürcüstanda çox ciddi işçi qüvvəsi və sənətkar çatışmazlığı var. Tikinti təşkilatları üçün öz obyektlərini kadrlarla təmin etmək çətindir. Sənətkarlar və işçilər Gürcüstanı kütləvi şəkildə başqa ölkələrə tərk edirlər.

Eyni zamanda ruslar da gəlir. Əminəm ki, 1 aydan sonra borc pul bitəndə iş axtarmağa başlayacaqlar, bunun da 90%-i tikinti sahələrinə gedəcək. Gürcülər gedirlər. Gürcülərin yerini ruslar tutmağa başlayacaq... Bunun üçün çox da fala baxmaq və proqnoz tələb olunmur, sizə zəmanət verirəm, belə olacaq. Bu barədə düşünməyə başlamağın vaxtıdır”,
- Rostomaşvili yazıb.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google