Putin Ukraynanın Xerson və Zaporojye vilayətlərinin qondarma müstəqilliyinin tanınması haqqında fərman imzalayıb
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş rayonları, Xerson və Zaporojyenin qondarma müstəqilliyin tanınması haqqında fərman imzalayıb.

“Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq, mən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulmuş xalqların bərabər hüquqlu və öz müqəddəratını təyinetmə prinsipini tanıyıram və təsdiq edirəm. Xerson vilayəti 2022-ci il sentyabrın 27-də keçirilmiş referendumda qərara alıram: Xerson vilayətinin suverenliyi və müstəqilliyi tanınsın”,
- sənəddə deyilir.

Zaporojye vilayətinin “müstəqil” kimi tanınması haqqında da eyni məzmunlu fərman dərc edilib.

Sentyabrın 23-27-də Rusiyanın işğalı altında olan Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək məsələsi ilə bağlı referendum keçirilib. Məlumatlara görə, “əhalinin əksəriyyəti Rusiyaya birləşməyi dəstəkləyib”.

Putin sözdə artıq Donetsk və Luqansk Xalq Respublikalarının "müstəqilliyi"ni tanıyıb.
Mənbə: Publika
Print Email
FaceBook Twitter Google