Nobel Sülh Mükafatı Ukrayna, Rusiya və Belarus hüquq müdafiə təşkilatlarına verilib
2022-ci ildə Nobel Sülh Mükafatı "Vyasnı" hüquq müdafiə təşkilatının təsisçisi, belaruslu hüquq müdafiəçisi Ales Byaliatskiyə, Rusiyanın "Memorial" hüquq müdafiə təşkilatına (təşkilat Rusiyada xarici agent elan edilib və ləğv edildi) və Ukrayna insan haqları təşkilatı "Vətəndaş Azadlıqları Mərkəzi"nə verilib.


"Uzun illərdir ki, onlar hakimiyyətin tənqidinə və vətəndaşların fundamental hüquqlarının qorunmasına töhfə veriblər. Onlar hərbi cinayətlərin, insan hüquqlarının pozulmasının və vəzifə səlahiyyətlərindən sui-istifadənin sənədləşdirilməsinə xüsusi səy göstəriblər. Onlar birlikdə, sülh və demokratiya naminə vətəndaş cəmiyyətinin əhəmiyyətini nümayiş etdirirlər”
, - Nobel Komitəsinin bəyanatında deyilir.

2021-ci ildə Nobel Komitəsi Sülh Mükafatını iki jurnalistə verib. O, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov və Filippinin “Rappler” qəzetinin təsisçisi Mariya Ressaya “demokratiya və davamlı sülhün əsasını təşkil edən söz və ifadə azadlığını qorumaq səylərinə görə” layiq görülüb.

Namizədlərin adları çəkilərkən Alfred Nobelin vəsiyyətnaməsində göstərilən üç meyar nəzərə alınır: silahlı qüvvələrin azaldılmasına töhfə, sülh danışıqlarına yardım və xalqlar arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi.

Mənbə: radiotavisupleba.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər