Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bayram münasibətilə ölkədə qeyri-iş günüdür.

Üzərində aypara və səkkiz guşəli ulduz olan üçrəngli bayraq 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) tərəfindən dövlət rəmzi kimi təsdiq edilib.

Bu bayraq 1920-ci il aprelin 28-nə qədər qüvvədə olub, həmin tarixdə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edilib.

1980-ci illərin sonu - 1990-cı illərin başlanğıcında milli-azadlıq mübarizəsi nəticəsində 1991-ci il fevralın 5-də Azərbaycan Ali Şurası üçrəngli bayrağı respublikanın rəmzi kimi bərpa edib.

Azərbaycan prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli fərmanına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə noyabrın 9-u hər il "Dövlət Bayrağı Günü" kimi qeyd olunur.

2010-cu ildə Bakı buxtasının cənub-qərb sahilində bayraq dirəyinin yüksəkliyi 162 m olan Bayraq Meydanı açılıb. Oradaca Bayraq Muzeyi yaradılıb.

Mənbə: turan.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər