Tercolada keçmiş arvadının üstünə yanacaq tökən, sonra isə onu
yandıran və hadisə zamanı yaralanan şəxs indiyədək klinikada qalır.
Leonide Zviadadzenin vəziyyəti hələ də ağırdır.
Həkimin sözlərinə görə, onun bədəninin 70%-i yanıb və süni tənəffüs
aparatına qoşuludur.
Ailənin xahişi ilə kişi Tercoli klinikasından Kutaisidəki yanıq
mərkəzinə köçürülüb.
Xatırladırıq ki, hadisə ötən gün Tercoladakı supermarketlərdən
birində baş verib. Zviadadze keçmiş arvadının üstünə yanacaq
tökərək yandırıb, özü də qəza zamanı xəsarət alıb. Qəza nəticəsində
xəsarət alan gənc qadın dünyasını dəyişib.