Bu gün Marneuli ərazisində yağış yağacağı gözlənilir
Bu gün, 2 fevral tarixində gündüz və gecə saatlarında Marneuli ərazisində yağış yağacağı gözlənilir. Sinoptiklərin məlumatına görə, gündüz saatlarında bələdiyyədə mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz +7 dərəcə, gecə isə temperatur +1 dərəcə isti olacaq.

Məlumata görə, 3 fevral tarixində bələdiyyə ərazisində gündüz havanın parçalı buludlu olacağı gözlənilir. Gecə saatlarında isə buludlu hava qeydə alınacaq. Gündüz temperatur +10 dərəcə isi olacaq, gecə isə temperatur -4 dərəcə qədər enəcək.

4 fevral tarixinə gəlincə isə Marneuli ərazisində günün birinci yarısında havanın parçalı buludlu olacağı gözlənilir. Günün ikinci yarısı isə buludlu hava müşahidə ediləcək. Gecə saatlarında bələdiyyədə ərazisində havanın əsasən buludlu olacağı gözlənilir. Gündüz havanın temperaturu +6 dərəcə istini göstərəcək, gecə isə temperatur -2 dərəcəyə qədər enəcək.


Print Email
FaceBook Twitter Google