Marneuli ərazisində soyuq havanın davam edəcək.
Bu gün, 8 fevral tarixində gündüz saatlarında havanın parçalı
buludlu olacağı gözlənilir. Gecə saatlarında isə bələdiyyə
ərazisində buludlu hava müşahidə ediləcək. Sinoptiklərin məlumatına
görə, gündüz saatlarında bələdiyyədə külək əsəcək.
Havanın temperaturu gündüz +7 dərəcə isti qeydə alınacaq, gecə isə
havanın temperaturu 0 dərəcəyə qədər enəcək.
9 fevral tarixində, Marneuli ərazisində gündüz saatlarında buludlu
hava müşahidə ediləcək. Gecə saatlarında isə yenidən yağış və qar
yağacaq. Gündüz havanın temperatur +7 dərəcə isi olacaq, gecə isə
temperatur -1 dərəcə qədər enəcək.
10 fevral tarixinə gəlincə isə Marneuli ərazisində gündüz
saatlarında qar yağacaq. Axşama doğru qar yağışınının tədricən
kəsəcəyi gözlənilir. Gecə saatlarında isə buludlu hava olacaq.
Gündüz saatlarında havanın temperaturu +3 dərəcə isti olacaq, gecə
isə temperatur -3 dərəcəyə qədər enəcək.