Gürcüstanda banka hücum edərək 43 nəfəri girov götürən və yarım
milyon dollarla ərazidən uzaqlaşan soyğunçu Badri Esebua uzun
axtarışlardan sonra saxlanılıb.
Məlumatı Gürcüstanın İctimai kanalı yayıb. Bildirilib ki, Gürcüstan
DİN hələ ki məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, hadisə 2020-ci il oktyabrın 21-də baş verib. Zuqdidi
şəhərindəki “Gürcüstan Bankı” filialına hücum edən Esebua 43 nəfəri
saatlar boyunca girov götürüb və onların azadlığa buraxılması
müqabilində yarım milyon dollar tələb edib. Qarətçi tələb etdiyi
pulu aldıqdan sonra bir neçə girovu da özü ilə götürərək ərazidən
uzaqlaşıb və onları daha sonra sərbəst buraxıb. İnsident zamanı
xəsarət alan olmayıb.