Almaniyanın XİN rəhbəri: Gürcüstanın avropayünömlü kursundan yayındırılması cəhdlərini görürük
Biz Gürcüstanın avropayünömlü kursundan yayındırılması cəhdlərini görürük.

Bunu Almaniya xarici işlər naziri Annalena Berbok Gürcüstana səfəri öncəsi bildirib. O, Gürcüstanın daxildən və xaricdən təzyiqə məruz qaldığını qeyd edib.

Avropa kursunun Gürcüstan əhalisinin böyük əksəriyyəti tərəfindən dəstəkləndiyini vurğulayan XİN başçısı ötən həftə Aİ bayraqları ilə Tbilisidə keçirilən aksiyaların ölkədə plüralizmin və qanunun aliliyinin qorunması məqsədilə olduğunu qeyd
edib.

Berbok səfəri zamanı Almaniyanın Gürcüstanın Avropa perspektivinə tam dəstəyini ifadə edəcəyini vurğulayıb.

Qeyd edək ki, Annalena Berbok bu gün Gürcüstana səfər edəcək. Almaniyalı nazir martın 24-dək davam edəcək səfər çərçivəsində Gürcüstan Baş naziri İrakli Qaribaşvili, Prezident Salome Zurabişvili, eləcə də QHT-lər və müxalifət nümayəndələri ilə görüşlər keçirəcək.

Mənbə: apa.az

Print Email
FaceBook Twitter Google