İyunun 10-dan una müvəqqəti idxal rüsumunun tətbiqi planlaşdırılır
Gürcüstana idxal olunan una müvəqqəti olaraq idxal rüsumunun tətbiqi planlaşdırılır.

Bu barədə qərar ETSN-də nazir və taxıl, buğda və un istehsalçıları assosiasiyaları və Çörək istehsalçıları birliyinin nümayəndələri ilə keçirilən görüşdən sonra qəbul edilib.

Mətbuat xidməti qeyd edir ki, yerli bazarda satışın təşviqi məqsədilə iyunun 10-dan etibarən idxal olunan una 5 ay müddətinə idxal vergisinin tətbiqi nəzərdə tutulur.

“Bizim sahəyə cəlb olunmuş bütün nümayəndələrlə intensiv görüşlər keçirdik və biz elə şərtlərlə razılaşdıq ki, bu da bir tərəfdən ölkədə çörəyin qiymətinin saxlanmasını, digər tərəfdən də zavodların rəqabətqabiliyyətli işləməsini təmin edir”,
- deyə nazir Otar Şamuqia bildirib.

Buğda istehsal edən fermerlər dəfələrlə aksiya keçirərək, Gürcüstana idxal olunan una vergi qoyulmasını tələb ediblər. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi onların problemini həll edəcəyinə söz verib.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər