28 may tarixində Hallavar ictimai məktəbinin şagirdləri Gürcüstan
və Azərbaycanın müstəqilliyi günü ilə əlaqədar olaraq Tbilisiyə
ekskursiya ediblər.
Onlar Tbilisidə Heydər Əliyev adına parkda, Axundov və
N.Nərimanovun ev muzeylərində olublar.
Ramilə Babakişieva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, ekskursiya onun təşkilatçılığı ilə baş tutub. O, düşünür ki, bu
cür ekskursiyalar uşaqlar üçün çox yaxşıdır və
faydalıdır.
“Biz Heydər Əliyev parkına getdik. Azərbaycanın
Gürcüstandakı Səfiri Faiq Quliyev və əməkdaşları da ora gəldilər.
Daha Sonra Axundovun və N.Nərimanovun ev muzeyinə getdik. Bu cür
ekskursiyalar şagirdlərimiz üçün çox faydalıdır. Belə ki, məktəb
uşaqları kəndlərindən kənara çıxaraq başqa yerləri də görmüş
olurlar. Mənə dəstək olan məktəbimizin direktoru Mülkədar
İsmayılova və səfirliyə öz təşəkkürümü
bildirirəm”.
İbtidai sinif müəlliminin sözlərinə görə, ekskursiya Azərbaycanın
Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutub.