Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Slovakiyaya səfərə
gedəcək.
Məlumatı Gürcüstanın hökumət
administrasiyası yayıb.
Bildirilib ki, Baş nazir mayın 29-31-də Bratislavada keçiriləcək
Qlobal Təhlükəsizlik Forumunda (GLOBSEC) iştirak edəcək.
Qaribaşvilinin forum çərçivəsində keçiriləcək tematik müzakirələrdə
iştirak edəcəyi qeyd edilib.