Mikayıl Cabbarov sabah Gürcüstana səfər edəcək
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iyunun 2-də Gürcüstana səfər edəcək.

O, həmin gün Tbilisidə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Azərbaycan-Gürcüstan biznes forumunda iştirak edəcək.

Tədbir İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Gürcüstanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə baş tutacaq. Foruma rəsmi şəxslərlə yanaşı müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları da qatılacaq.

Tədbir çərçivəsində Azərbaycan və Gürcüstanın investisiya imkanları barədə təqdimatlar və B2B formatlı görüşlər keçiriləcək.

M.Cabbarovun səfər çərçivəsində Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ilə görüşü də planlaşdırılıb. 
Mənbə: mediapost.az
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər