Dəmyə Görarxı kəndində fəaliyyət göstərən məktəbəqədər hazırlıq
qrupunu bitirən uşaqlar üçün şənlik keçirilib.
Şənlikdə uşaqlar rəqs edərək, şeirlər söyləyiblər.
Tədbir məktəbəqədər hazırlıq qrupunun müəllimi Məleykə Nağıyeva
tərəfindən təşkil edilib. O, “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, keçirilən tədbir onlar üçün çox yaddaqalan olub və
gələcəkdə də bu cür tədbirlərin keçirilməsini davam etdirəcək.
“Tədbirdə Dəmyə Görarxı ictimai məktəbinin direktoru
Fərman Qurbanov, Sadaxlı 2 saylı ictimai məktəbinin gücü dili
müəllimi Lalə Cəlilova, Dəmyə Görarxı ictimai məktəbinin
müəllimələri Tahirə Qurbanova, Zərnişan Qələndərova, Nəzakət
Aşiqova və valdeynlər iştirak edirdilər. Mənə bu işdə dəstək olan
Səidə Qurbanovaya və Nuranə Qurbanovaya təşəkkür edirəm. Şənlikdə
uşaqlar rəqs etdilər, şeirlər söylədilər. Valdeynlərin iştirakı ilə
yarışma da keçirildi. Bu bizim üçün çox yaddaqalan bir gün oldu.
Əməyi keçən hər kəsə təşəkkür edirəm.”
Dəmyə Görarxı kəndində fəaliyyət göstərən məktəbəqədər hazırlıq
qrupunu bu il 38 uşaq bitirib. Onlardan 31 bu il məktəbə gedəcək, 7
uşağın isə yaşı məktəbə düşmədiyi üçün məktəbə gedə bilməyəcək.
Tədbirin sonunda məktəbəqədər hazırlıq qrupunu bitirən uşaqlara
müəllimlər tərəfindən sertifikatlar verilib.