Gürcüstanın bir sıra məhkəmələrində evakuasiya elan edilib.
Ali Ədliyyə Şurasından “Netqazet”ə verilən məlumata görə, buna
səbəb binalarda partlayıcı qurğunun olması ehtimalı ilə bağlı
bildiriş olub.
Ali Ədliyyə Şurası bildirir ki, söhbət təhlükəsizlik məqsədilə
evakuasiya həyata keçirilən bir neçə məhkəmə binasından gedir.
Tbilisi və Kutaisi
şəhər məhkəmələri də evakuasiya elan edilən
məhkəmələr arasındadır. “Netqazeti” Gürcüstan Daxili İşlər
Nazirliyində əlavə təfərrüatları aydınlaşdırmağa çalışır.
Agentlikdən məlumat daxil olarsa, məqalə yenilənəcək.