2023-cü ilin noyabr ayında aylıq əməkhaqqı alanların sayı 2022-ci
ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz, 2021-ci ilin müvafiq
dövrü ilə müqayisədə isə 4,4 faiz artıb. Bu, PMCG-nin
araşdırmasında qeyd olunur.
“2023-cü ilin noyabr ayında 0-dan 600 lariyə qədər
aylıq əmək haqqı alanların sayı 17,7% təşkil edib ki, bu da 2022-ci
ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz bəndi, 2021-ci ilin
müvafiq dövrü ilə müqayisədə isə 9,3 faiz bəndi azalıb.
2023-cü ilin noyabr ayında 2400 lari və daha çox aylıq əməkhaqqı
alanların sayı 23,2% təşkil edib ki, bu da 2022-ci ilin müvafiq
dövrü ilə müqayisədə 4,7 faiz bəndi, 2021-ci ilin müvafiq dövrü ilə
müqayisədə isə 7,9 faiz bəndi çoxdur.
2023-cü ilin noyabr ayında 9600 lari və daha çox aylıq əməkhaqqı
alanların sayı 2% təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü
ilə müqayisədə 0,4 faiz bəndi, 2021-ci ilin müvafiq dövrü ilə
müqayisədə isə 0,7 faiz bəndi artım deməkdir”, -
araşdırmada qeyd olunub.