Milli Hərəkatın bir neçə üzvü aprel ayında partiyanı rəsmi olaraq tərk edəcək
Marneuli Bələdiyyə Məclisinin 3 üzvü “Milli Hərəkat Partiyasını” tərk etməyi planlaşdırır. Söhbət Laşa Kveladze, Marina Petrova və Davit Kimadzedən gedir. Laşa Kveladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, rəsmi qərarı aprel ayında qəbul edəcəklər və fraksiyanı tərk edəcəklər. Onun sözlərinə görə, Nika Melia və Nika Qvaramianın təsis etdiyi “Yeni” partiyasına qoşulacaqlar.

“Partiyanı tərk etmək bizim üçün çətin qərar idi, çünki illər ərzində Milli Hərəkatı təmsil edirdik, çox problemləri aşmışıq. Hakimiyyət tərəfindən təqib, döyülmə, saxlanmalar və s. Ancaq partiyanın qeyri-düzgün menecmentinə görə, eləcə də partiyanın Mixeil Saakaşvilinin azad edilməsi üçün heç nə etməməsi faktı var. Partiya 2022-ci ildə menecment dəyişikliyini məhz bunun üçün etdi. Biz hesab edirik ki, Milli Hərəkat hakimiyyəti dəyişmək üçün mübarizə aparmır. Yalnız Parlament mandatları ilə maraqlanırlar, ölkə isə günü-gündən yoxsulluğa doğru gedir, vətəndaşlarımız ailələrini saxlamaq üçün emiqrasiyaya getməli olurlar, kriminal hadisələrin sayı çoxalıb, gənclər arasında narkotikdən ölüm halları artıb, bizim məqsədimiz hakimiyyəti dəyişməkdir və heç kimin emiqrasiyaya getməli olmayacağı, gənclərin yaxşı təhsil alacağı, karyera perspektivinin olacağı, vətəndaşın özünü firavan hiss edəcəyi, siyasi məhbusların olmayacağı ölkədə yaşamaq istəyirik. Buna görə, ölkə miqyasında bizim çoxsaylı dostlarımız və mübarizə aparanlarımız, eləcə də biz qərar qəbul etdik ki, Nika Meliaya, Nika Qvaramiaya, onların yaratdığı “Yeni” partiyasına qoşulaq, Gürcüstanı xilas etmək üçün mübarizə aparaq”.

Kveladze bildirir ki, bu qərara “VMH”-ın rayon təşkilatının çoxsaylı üzvü qoşulub.

18 mart tarixində yerli media “24 News” məlumat yayıb ki, Vahid Milli Həərkatın nümayəndəsi Qiorqi Mumladze də partiyanı tərk edəcək. Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı yayılmış məlumatı təsdiq etmir və deyir ki, hansısa qərar qəbul etdiyi zaman ictimai şəkildə bildirəcək.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google