Gürcüstanda işçilərin maaşı 271 lari artıb - ən yüksək maaş hansı peşədədir
Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin IV rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz (270,9 lari) artaraq 2 044,5 lari təşkil edib.

Fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə nisbətən yüksək əməkhaqqı müşahidə olunub:
  • İnformasiya və rabitə – 4 309,2 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz artıb);
  • Maliyyə və sığorta fəaliyyəti – 3 110,0 lari (14,1 faiz artıb);
  • Tikinti - 3 062,5 lari (20,8 faiz artıb);
  • Peşə, elmi və texniki fəaliyyət – 2 920,5 lari (19,0 faiz artıb).
Milli Statistika Xidmətinin hesabatına görə, 2023-cü ilin IV rübündə qadınların orta əmək haqqı 1607,3 lari, kişilərinki isə 2463,8 lari olub. Əmək haqqının illik artımı qadınlarda 195,6 lari (13,9%), kişilərdə isə 340,7 lari (16,0%) təşkil edib. Fəaliyyət növlərinə görə bütün sahələrdə kişilərin əmək haqqı qadınların maaşından yüksək olmuşdur.

Bundan əlavə, Milli Statistika Xidmətinin məlumatlarına əsasən, 2023-cü ilin IV rübündə sahibkarlıq sektorunda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 285,1 lari (14,9%) artaraq 2 196,2 lari təşkil edib. Fəaliyyət növləri üzrə ən yüksək əməkhaqqı informasiya və rabitə (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz artaraq 4420,5 lariyə çatıb və peşə, elmi və texniki fəaliyyət sahəsində 22,4 faiz - 3393,5 lari artıb.

2023-cü ilin IV rübündə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 242,7 lari (15,9%) artaraq 1765,7 lari təşkil edib. Fəaliyyət növünə görə maliyyə və sığorta fəaliyyətində çalışanlar nisbətən yüksək orta əmək haqqına malikdirlər.

Orta əməkhaqqına görə Tbilisi və Mtsxeta-Mtianeti liderdir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər