Mixeil Saakaşvili - Hökumətin xalqın qayğısına qaldığı, hər bir gürcüsünün taleyini ürəyində saxladığı vaxtı xatırlayırsınızmı? - Bu, mənim prezidentliyim dövründə baş verib
Hökumətin xalqın qayğısına qaldığı, hər bir gürcüsünün taleyini ürəyində saxladığı vaxtı xatırlayırsınızmı? Bu, mənim prezidentliyim zamanı baş verib, - bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində yazır.

Saakaşvili Somali quldurları gürcü dənizçiləri əsir alanda hakimiyyətin nə etdiyini xatırlayır.

“Somali quldurları dənizçilərimizi əsir alanda biz yoldaşım, iqtisadiyyat nazirinin birinci müavini Qiorqi Karbelaşvilinin rəhbərliyi ilə xüsusi qrup yaratdıq. O, Somali sərhədinə getdi və demək olar ki, hər gün mənimlə telefonla danışırdı. İcazəmlə Qiorqi beynəlxalq silahlı xüsusi təyinatlıları yerində topladı və biz dəniz quldurları üçün gözlənilməz basqınla təkcə öz dənizçilərimizi deyil, bəzi türk dənizçilərini də xilas etdik.

Daha sonra prezident təyyarəsini Mombasaya göndərdik və mən Ərdoğanla İstanbul hava limanında iki ölkənin dənizçiləri üçün birgə qəbul təşkil etdik və bunu bütün dünya mediası yayımladı. Bizdən qat-qat böyük və güclü dövlətlərin edə bilmədiklərini bu qədər kiçik Gürcüstan bacardı”,
- Saakaşvili sosial şəbəkədə yazıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər