Erqnetidə gürcü tərəfi qanunsuz saxlanılan 6 nəfərin və “sərhədləşmə” məsələsini qaldıracaq.
Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizminin (IPRM) 118-ci iclası keçirilir. Bugünkü görüşdə gürcü tərəfi qeyri-qanuni “sərhədləşmə” və qanunsuz saxlanılanların məsələlərini qaldıracaq.

“Bugünkü iclasda biz əvvəlki görüşdən bəri qeydə alınan bütün insidentləri müzakirə edəcəyik. Bunlar qeyri-qanuni “sərhədləşdirmə” prosesi və qeyri-qanuni saxlanılmalardır. Qanunsuz “sərhədləşmə” baxımından Qori və Kareli bələdiyyələrini əhatə edən əvvəlki görüşdən indiyədək 3 fakt qeydə alınıb. Bu, qeyri-qanuni qurğuların - naqillərin quraşdırılması və yenilənməsi prosesi idi. Sözügedən proses işğal altındakı Kareli bələdiyyəsinin Knolevi və Çolibauri kəndlərinə bitişik ərazidə həyata keçirilib. Qori bələdiyyəsinə gəlincə, sözügedən proses Zardiantkari kəndi yaxınlığında müşahidə olunub”, - DTX-nın analitik departamentinin direktor müavini İrakli Antadze görüşdən əvvəl mediaya bildirib.

Qeyri-qanuni həbslərə gəlincə, DTX nümayəndəsinin sözlərinə görə, bu günədək Gürcüstanın 6 vətəndaşı qanunsuz həbsdədir. Bugünkü iclasda onların azadlığa buraxılması gündəmin əsas mövzularından biri olacaq”,
- Antadze bildirib.

Görüşdə gürcü tərəfi də ötən il noyabrın 6-da Kərbəl kəndi yaxınlığında öldürülən Tamaz Qinturinin işinin təfərrüatlarını öyrənməyə çalışacaq.

Sual yaranacaq ki, Tamaz Ginturinin qətli ilə bağlı iş açılıbmı və cinayəti törədənlər müəyyən edilibmi”, - İrakli Antadze bildirib.

Bu il fevralın 13-də Erqnetidə İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizminin (IPRM) 117-ci iclası keçirilib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər