Futbolla əlaqədar olaraq avtobuslar gecə saat 2-yə kimi işləyəcək, Vazisubani və Varketili bu istiqamətlərə aid deyil

Bu gün, martın 26-da paytaxtda keçiriləcək futbol matçının azarkeşləri üçün Tbilisi ictimai nəqliyyatının iş vaxtı artırılır. Martın 27-si saat 02:00-dan etibarən metro və 20-dən çox avtobus xəttinin fəaliyyəti davam etdiriləcək.


Qərar Tbilisi meriyası tərəfindən qəbul edilib.

  • Poniçala;
  • Qldani;
  • Muxiani;
  • Temka;
  • Diğomi massivi;
  • Didi Diğomi;
  • Aeroport;
  • Krtsanisi;
  • Mtatsminda;
  • Avlabari;
  • Saburtalo və Vake istiqamətlərinə gedən avtobusların iş saatları daha çox olacaq.

Metro ilə birlikdə gecə saat 02:00-a qədər 25 istiqamət üzrə avtobuslar da işləyəcəklər.

Nə Varketili, nə də Vazisubani qəsəbələrinə sərnişin gətirən xətlərin heç biri siyahıya daxil edilməyib.

“Bu gün futbol azarkeşlərinin toplaşdığı Rustaveli prospektinə və “Dinamo Arena”ya gedən avtobusların iş saatı uzadılıb”, - Tbilisi meriyası "Azadlıq" Radiosuna bildirib.

Bu gün saat 21:00-da Gürcüstan millisi "Dinamo Arena"da Yunanıstan millisi ilə Avropa çempionatının pley-off mərhələsinin final oyununu keçirəcək.

Tbilisi meriyasının təşkilatçılığı ilə azarkeşlər matçı Respublika meydanında izləyə biləcəklər.




 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər