Azərbaycan səfirliyi Gürcüstanın futbol üzrə milli yığmasını təbrik edib
Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin futbol üzrə milli yığma komandasını tarixdə ilk dəfə olaraq Avropa Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib.

Bununla bağlı səfirliyin sosial media hesablarında paylaşım edilib.

"Futbol üzrə Gürcüstan milli yığma komandasının tarixdə ilk dəfə olaraq futbol üzrə Avropa Çempionatına vəsiqə qazanması münasibətilə dost və qardaş Gürcüstanı təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!"


Məlumat üçün qeyd edək ki, Gürcüstanın futbol üzrə milli komandası 2024-cü il Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb. Onlar Yunanıstanlı futbolçuları penaltilər seriyasında 4:2 hesabı ilə üstələyiblər.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək.

Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyiblər. Yunanıstan komandası 2004-cü il Avropa çempionatının qalibidir.

Qeyd edək ki, Gürcüstan F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmalarına rəqib olub. Avropa çempionatında ilk oyunu iyulun 18-də Dortmundda Türkiyə millisinə qarşı keçirəcəyik.

Xatırladaq ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər