4 mənzilə qanunsuz daxil olub, qiymətli əşyalar və pul oğurlayan 1 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, Kaxeti Polis İdarəsinin Telavi rayon şöbəsinin əməkdaşları tərəfindən 1982-ci il təvəllüdlü Ş.C. oğurluqda ittiham olunaraq saxlanılıb.

"İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Telavi şəhərində 4 mənzilə qanunsuz daxil olaraq oradan qiymətli əşyalar və pul oğurlayıb. İş üzrə aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən Ş.C. şübhəli şəxs qismində istintaqa cəlb edilib”. - Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “C” yarımbölməsi ilə aparılır ki, bu da mənzilə qanunsuz daxil olmaqla oğurluqdan bəhs edir. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər