Marneuli bələdiyyəsinin Birinci Kosalı kənd sakinlərinə iki gündür,
içməli su verilmir.
Sakinlər “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki,
içməli suyun verilməməsinə görə onların məişət problemləri
yaranıb.
Marneuli "Kənd Suları" MMC nümayəndəsi Alika Mamukaşvili “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirir ki, kəndə su sıradan çıxmış
borulara görə verilmir.
Mamukaşvilinin sözlərinə görə, müvafiq qrup artıq problemin həlli
üzərində işləyir və sakinlərə sabah, 28 mart tarixində, səhər
saatlarından içməli su veriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415