“İnter Mayami”nin hücumçusu Lionel Messi artıq oyundan həzz
almadığını və komandasına kömək etmədiyini hiss edən kimi futbolu
tərk edəcəyini etiraf edib.
Futbolçu bunu karyerasının bitmə vaxtı ilə bağlı sualı
cavablandırarkən bildirib.
“Bilirəm ki, daha oynamağı bacarmadığımı, oyundan həzz
almadığımı və komanda yoldaşlarıma kömək etmədiyimi hiss etdiyim
anda mən gedəcəyəm. Öz nöqsanlarıma tənqidlə yanaşıram, özümü yaxşı
və ya pis hiss etdiyimi, nə vaxt yaxşı, nə vaxt pis oynadığımı
bilirəm. Bu addımı atmağın vaxtının gəldiyini hiss edəndə yaşımı
düşünmədən bunu edəcəyəm. Özümü yaxşı hiss etsəm, oynamağa davam
etməyə çalışacağam, çünki bu, mənim sevdiyim və necə edəcəyimi
bildiyim bir işdir”, - Messi qeyd edib.
Xatırladaq ki, 36 yaşlı Messinin “İnter Mayami” ilə müqaviləsi
2025-ci ilin dekabrına qədərdir.
Mənbə: oxu.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415