ABŞ-da körpünün uçmasından sonra öldüyü güman edilən 6 nəfəri hələ də axtarırlar
Martın 26-da Sinqapur bayraqlı yük gəmisi DALİ ABŞ-ın Merilend ştatının Baltimor şəhərində Frensis Skott Key körpüsünün dirəklərindən birinə toxunub və nəticədə körpü uçub.


Hazırda Baltimor limanında xilasetmə və axtarış işləri aparılır, onun daxilində dalğıclar suya düşən 6 işçini axtarır. Məlumata görə, gəmi körpüyə çırpılan zaman 6 nəfər körpüdə yol təmiri işləri aparırmış.

Merilend ştatının polisi və ABŞ Sahil Mühafizəsinin yüksək səviyyəli rəsmiləri bildiriblər ki, görmə məsafəsinin azalması və güclü cərəyanlar xilasetmə işlərini qeyri-mümkün edib. Nəticədə suya girdikdən 18 saat sonra işçilərin axtarışı müvəqqəti olaraq dayandırılıb.

Çərşənbə günü yerli səhər saat 6-da polis polkovniki Roland Batler itkin düşən 6 nəfərin xilas edilməsi üçün daha ətraflı axtarışların bərpa olunduğunu açıqlayıb.

Bununla belə, Sahil Mühafizəsinin yüksək rütbəli zabiti Şennon Gilreatın sözlərinə görə, "biz bu [itkin] şəxslərin heç birini sağ tapacağımızı düşünmürük."

Bundan əvvəl xilasedicilər eyni təmir işləri aparan iki işçini sudan çıxarıblar. Onlardan biri xəstəxanaya aparılıb.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər