Marneulili repçinin vətən haqqında ifa etdiyi ikidilli mahnı dinləyicilər tərəfindən bəyənilib
“Mənim Gürcüstanım” – gürcü və Azərbaycan dillərində ifa olunan mahnı sosial şəbəkədə populyarlaşıb. Mahnı üzərində NATO kimi tanınan Afiq Novruzov və Sahil Dəniz işləyiblər.

NATO “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, mahnını yazmağa Gürcüstana olan sevgisi səbəb olub. Onlar şou-biznesə inteqrasiya olmaq istəyirlər və buna görə mahnını iki dildə ifa etməyə qərar veriblər – “İstəyirdik, gürcülərin də, azərbaycanlıların da xoşuna gəlsin və ona görə bu mahnını yazdıq”.

Mahnının bir parçası sosial şəbəkədə 27 mart tarixində yayımlanıb. NATO bildirir ki, mahnının Gürcüstan yığmasının qələbəsi ilə əlaqəsi yoxdur. Amma xoş təsadüf sayəsində onlar gürcü dinləyicilərdən də müsbət münasibət əldə ediblər.

“Mən bu mahnını vətənim üçün yazmışam. Təsadüf olaraq futbolda qələbə ilə eyni zamanda yazdıq. Mahnı Gürcüstanın nə qədər gözəl ölkə, necə tolerant olması, Qafqazda ən ideal ölkə olması ilə bağlıdır. Azərbaycan və gürcü dillərində mahnı bununla əlaqədardır. Bu mahnı üzərində mən və Sahil işləyirik”, – Afiq Novruzov bildirir.

İndiki mərhələdə mahnının tam versiyası hazırlanmayıb. Afiq Novruzovun sözlərinə görə, tam versiya dinləyicilərə iki günə, 30 mart tarixində təqdim olunacaq. Müğənnilər həmçinin, klip çəkməyi də planlaşdırırlar və güman edirlər ki, klip maksimum iki həftəyə hazır olacaq.

Sosial şəbəkədə yayımlanmış mahnı parçasını buradan dinləyə bilərsiniz.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google