Dünyanın ən bahalı altı futbolçusu: Siyahıda Mbappe yoxdur
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının transfer qiymətlərini açıqlayıb.

Hesabatda mərkəz yalnız altı oyunçunun qiymətini 200 milyon avro və ya daha yüksək qiymətləndirib:
  • Cud Bellingem (“Real Madrid”) - 250 milyon avro
  • Erlinq Holand (“Mançester Siti”) - 250 milyon avro
  • Vinisius Junior (“Real Madrid”) - 200 milyon avro
  • Rodriqo Qoes (“Real Madrid”) - 200 milyon avro
  • Bukayo Saka (“Arsenal”) - 200 milyon avro
  • Fil Foden (“Mançester Siti”) - 200 milyon avro
Maraqlıdır ki, Camal Musiala (“Bavariya”), Xulian Alvares (“Mançester Siti”), Kilian Mbappe (PSJ) və Martin Odeqaard (“Arsenal”) 150 milyon avro dəyərində qiymətləndiriliblər. Daha 32 futbolçu, o cümlədən “Napoli”dən Xviça Kvaratsxeliya 100 milyon avro dəyərində qiymətləndirilib. Digər oyunçuların dəyəri isə 80 milyon avronu keçmir.

Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər