Bakurianidə qar kütləsində qalan şəxsin axtarış-xilasetmə əməliyyatına helikopter cəlb olunacaq

Bakurianidə qar kütləsində qalan şəxsin axtarış-xilasetmə işlərinə Daxili İşlər Nazirliyinin sərhəd polisinin helikopteri cəlb olunacaq.


Bu barədə məlumatı Vəziyyətin İdarə Edilməsi Xidməti yayıb.

“Bakuriani qəsəbəsində dağdan aşan qar kütləsində qalan şəxsin axtarışına Borjomi bələdiyyəsində Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, xilasediciləri və müvafiq bölmələrin nümayəndələri səfərbər olunub.

Mövcud məlumatlara əsasən, ehtimal ki, bir nəfər uçqun altında qalıb, onun axtarış-xilasetmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin Xüsusi Fövqəladə Hallara cavabdehlik üzrə baş bölməsinin dronları və xilasediciləri cəlb olunub.
Həmçinin, xilasetmə əməliyyatında iştirak etmək üçün əlavə xilasetmə qrupu ilə birlikdə Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopteri artıq Tbilisidən uçub”,
- deyə dərc olunan məlumatda bildirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər