“Ukraynaya dəstək layihələri üzərində işləyən rusiyalı fəal Gürcüstana buraxılmayıb” – Kuroptev

Cənubi Qafqaz üzrə “Azad Rusiya” Fondunun rəhbəri İqor Kuroptevin sözlərinə görə, daha bir rusiyalı fəal Gürcüstana buraxılmayıb.

Onun sözlərinə görə, dünən İqor Miqlanın Tbilisi hava limanına girişinə “izah olmadan” icazə verilməyib.

Kuroptev yazır ki, Ukraynada müharibə başlayandan sonra rusiyalı fəal ukraynalı qaçqınlara kömək etmək üçün müxtəlif mühacirət layihələri üzərində çalışıb və bunun nəticəsində 8 mindən çox ukraynalıya tibbi yardım göstərilib.

“Bu, Gürcüstanın maraqlarına təhlükə yaradırmı? Əmin deyiləm”, - o yazıb.

Kuroptev sosial şəbəkədə Daxili İşlər Nazirliyinə müraciət edir və qurumu İqor Miqlanın ölkəyə daxil olmasına icazə verməyə çağırır.

Mənbə: Publika

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər