Martın 30-dan Tbilisidə beş marşrut xəttinə avtobuslar əlavə olunacaq və gözləmə müddəti azalacaq

Martın 30-dan etibarən paytaxtda fəaliyyət göstərən 5 bələdiyyə nəqliyyat marşrutuna 12 metrlik avtobuslar əlavə olunacaq və gözləmə intervalı azaldılacaq - Tbilisi meriyası xəbər verib.


"N309, N310, N370, N381 və N388 marşrutları üzrə avtobusların sayı artır. İlk iki marşrutda gözləmə müddəti 8 dəqiqəyə, N370-də 15 dəqiqəyə, N381-də 17 dəqiqəyə., N388-də isə 10 dəqiqəyə qədər enəcək.

Qeyd edək ki, paytaxt əhalisinə 50 ədəd 18 metrlik avtobuslar xidmət göstərdikdən sonra boşaldılmış ehtiyatlar ən çox yüklənən marşrutlar üzrə bölüşdürülür.Bunlar N301, N302, N308 və N314-də işləyən sayğaclı avtobuslardır” ,
– Meriyanın bəyanatında yazılıb.

24 müxtəlif marşrut xəttinə avtobusların əlavə edilməsi prosesi martın 23-dən başlayıb və aprelin 6-da yekunlaşacaq.

Tbilisi meriyası 160 ədəd yeni, 18 metrlik avtobus alıb, onlardan 50-si artıq Tbilisidədir və sərnişinlərə xidmət göstərir. Bu mərhələdə 18 metrlik avtobuslar N301, N302, N308 və N314 marşrutları üzrə hərəkət edir.

Mənbə: Tabula

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər