Saimerlonun iki küçəsində yol salınması üçün 1 100 000 lari dəyərində tender elan olunub
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Saimerlo kəndində daxili yolların çəkilməsini nəzərdə tutur. Marneuli meriyası kənddə iki küçədə daxili yolların salınması üçün bu gün, 29 mart tarixində tender elan edib.

Marneuli bələdiyyəsinin Saimerlo kəndində daxili yolların bərpa işlərinin birinci mərhələsinin layihə sənədlərinə görə, kənddə İmereti küçəsində və Şota Rustaveli küçəsinin bir qismində daxili yol çəkiləcək. Ümumi hesabda layihə ilə 1 180 metr məsafədə yol çəkiləcək.

“Layihə ilə nəzərdə tutulmuş hissədə olan örtük asfalt-betondur, mövcud yolda çatlar, oyuqlar qeydə alınır. Sifarişçinin tələbi və texniki tapşırığa uyğun olaraq yolda kapital tipli ikiqatlı yol konstruksiyası qurulacaq. Sifarişçinin istəyi ilə yolun hərəkət hissəsinin, məhəllədaxili birləşmələrin və həyətə girişlərin bərpaya ehtiyacı var”,
– layihə sənədlərində yazılıb.

Marneuli meriyası Saimerlo kəndində iki küçədə daxili yolların çəkilməsinə 1 100 000 lariyə həyata keçirməyi planlaşdırır. Saimerloda daxili yolların çəkilməsi üçün smeta sənədlərini “L Dizayn Group” MMC hazırlayıb. Şirkətdən “Marneuli” radiosun bildirirlər ki, kənddə ümumilikdə 7 kilometrə yaxın yolun çəkilməsi nəzərdə tutulub, indiki mərhələdə isə İmereti və Şota Rustaveli küçələrində yol çəkiləcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google