Andlı hakimlərin yekdil qərarı əsasında müttəhim qisas məqsədi ilə
qətl törətdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Prokurorluqdan verilən məlumata görə, prosesdə təqsirləndirilən
şəxslə zərərçəkmiş arasında torpaq sahəsi ilə bağlı mübahisə olduğu
müəyyən edilib. Cavabdeh qonşunun razılaşmadığı mübahisəli torpaq
sahəsini öz mülkiyyətinə keçirməyə çalışıb.
“2023-cü il sentyabrın 3-də mübahisə zəminində müttəhim
fermadan ov tüfəngini çıxarıb və qəfildən gənc oğlanı güllələyib,
zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib.
İttiham tərəfi iş üzrə tutarlı sübutlar təqdim edib, onların
məcmusu təqsirləndirilən şəxsin cinayəti törətdiyini təsdiqləyib.
Bütün sübutları və işin hallarını ətraflı öyrəndikdən sonra
andlılar heyəti yekdilliklə təqsirləndirilən şəxsi qəsdən adam
öldürmədə təqsirli bilib", - agentliyin açıqlamasında
deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.