VMH: Mərkəzi ofisə hücum edilib, inventara ziyan dəyib, yüzə yaxın hücumçu iştirak edib

“Vahid Milli Hərəkat” partiyası bəyanat yayımlayıb və yazıb ki, gecə onların mərkəzi ofisinə yüzə yaxın insan hücum edib.



"İvanişvilinin Rusiya rejiminin “Tituşkaları” “Vahid Milli Hərəkat”ın mərkəzi ofisinə hücum edib. Yüzə yaxın insan hücumda iştirak edib və o, yarım saatdan çox davam edib.

Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, partiyanın avadanlığı xarab olub. Bu, Gürcüstanın maraqlarını
qoruduğuna və gürcü xalqının yanında olduğuna görə “Vahid Milli Hərəkat”a hakimiyyətin cavab reaksiyasıdır.

İvanişvili rejiminin davranışları və onların təşkil etdiyi zorakılıq, gürcü xalqının sarsılmaz iradəsi sayəsində tezliklə bitəcək!

Gürcüstan heç vaxt Rusiya olmayacaq!

İvanişvilinin rejimi mütləq bitəcək!”,
- bəyanatda qeyd edilib.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google