Gürcüstandan 739 milyon dollar dəyərində avtomobil reeksport edilib - TOP 10 ölkə
Bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstandan avtomobillərin təkrar ixracı 7% azalıb.

Milli Statistika Xidmətinin məlumatına görə, ötən ilin hesabat dövründə avtomobillərin təkrar ixracı 795 milyon ABŞ dolları, cari ildə isə 739,7 milyon dollarlıq avtomobillərin təkrar ixracı həyata keçirilib.

Onu da qeyd edək ki, ən çox avtomobil Qırğızıstana reeksport edilib və
330,5 milyon ABŞ dolları təşkil edib, Qazaxıstan ikinci yerdədir, buraya 237,2 milyon dollarlıq avtomobil reeksport edilib.

Avtomobillərin ən çox reeksport edildiyi ilk on ölkədə qalan 8 yeri aşağıdakı ölkələr bölüşür:
  • • Azərbaycan - 94,7 milyon dollar;
  • • Ermənistan - 42,3 milyon dollar;
  • • Tacikistan - 8,49 milyon dollar;
  • • Belçika - 5,5 milyon dollar;
  • • Birləşmiş Ərəb Əmirlikləri - 5,38 milyon dollar;
  • • Ukrayna - 3,91 milyon dollar;
  • • Türkiyə - 3,28 milyon dollar;
  • • Özbəkistan - 2,28 milyon dollar
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google