Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Hökumətin məlumatında, tərəflərin Gürcüstan və Azərbaycan arasında
strateji tərəfdaşlığın mühüm məsələlərini və regionda mövcud
vəziyyəti müzakirə etdikləri deyilir. İqtisadi əməkdaşlıq və
regional əhəmiyyətli layihələrə diqqət yetirilib. Böyük
infrastruktur və enerji layihələrinin həyata keçirilməsində birgə
səylərin əhəmiyyəti qeyd edilib.
Gürcüstan hökumətinin məlumatında qeyd olunduğu
üzrə,
Bakı-Tbilisi-Qars dəmir yolu, Qara dəniz sualtı elektrik kabeli və
Anaklia dərinsu limanı da daxil olmaqla tranzit və logistika
funksiyasının gücləndirilməsinə yönəlmiş layihələrin xüsusi
əhəmiyyəti vurğulanıb.
Ceyhun Bayramov Gürcüstanın milli komandasının Avropa çempionatının
1/8 final mərhələsinə yüksəlməsi münasibətilə İrakli Kobaxidzeni
təbrik edib.