Şalva Papuaşvili Azərbaycanın xarici işlər naziri ilə görüşdü
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Xarici işlər naziri gürcü tərəfini Avropa çempionatında qrup mərhələsinin üçüncü oyununda əldə edilmiş qələbə münasibətilə təbrik etdi və Gürcüstanın Azərbaycanda çoxlu tərəfdarının olduğunu qeyd etdi.

“Tərəflər Gürcüstan və Azərbaycan arasında möhkəm dostluq əlaqələrini vurğuladılar və iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafına hazır
olduqlarını təsdiq etdilər.

Tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə etdilər. Həmçinin, enerji resurslarının nəqli üçün sürətli və etibarlı marşrut kimi Orta Dəhlizin artan əhəmiyyətinə diqqət yetirilib. Görüşdə nəqliyyat və enerji layihələrindən danışıblar. Qara dəniz sualtı kabel layihəsi vurğulanıb.

Görüşdə regional sülhün əhəmiyyəti qeyd edildi. Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı davam edən danışıqlara toxunulub”
– Gürcüstan Parlamentinin məlumatında qeyd olunub.

Şalva Papuaşvili, Gürcüstanın regional sabitliyi və sülhü, o cümlədən parlament diplomatiyası çərçivəsində dəstəkləməyə hər zaman hazır olduğunu bildirib.

Görüşdə parlament sədrinin müavini Arçil Talakvadze, parlamentin üzvləri: Nikoloz Samxaradze, Mariam Laşxi, Savalan Mirzoyev, Zaur Darğallı və Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze iştirak edirdilər.

Mənbə: Birinci Kanal

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google