Tbilisi meri Kaxa Kaladze sosial şəbəkələrdə kimin futbol
yığmasında çıxış edib, kimin oynamayacağına onun qərar verməsi ilə
bağlı yayılan fikirləri absurd adlandırıb.
Kaxa Kaladzenin bəyanatını Tbilisi meriyası yayıb. Bəyanatda deyir
ki, millinin tərkibinin onun tərəfdən “təyin edilməsi” “şəffaflıq
qanunu rusyönümlü idi” qədər doğrudur. Bundan əlavə, Kaladze qeyd
edir ki, “onlar təhlil aparıblar” və məlum olub
ki, ona qarşı oxşar
ittihamları səsləndirənlər “şəffaflıq qanununa qarşı çıxan
şəxslərdir”.
"Bu murdarlığa kiçik bir şərh vermək istəyirəm. Gürcü
azarkeşləri incitmək istəmirəm. Futbolu bilənlərin onlara dəxli
yoxdur. Amma o adamlar ki, futboldan ümumiyyətlə xəbəri yoxdur.
'Başa düşürəm, bunu onlar üçün deyirəm, bu, böyük bir absurddur,
sanki mən qərar qəbul edirəm və Budu Zivzivadze ilə milli komanda
haqqında belə şərhlər yazıldığını görmüşük, bunu yazanlar
“şəffaflıq qanunu”na etiraz edənlərdir.
2012-ci ilə qədər bundan da pis iş görürdülər. Necə ki, “şəffaflıq
qanunu” rusyönümlü idi, eləcə də mənim tərəfimdən Gürcüstan
millisinin tərkibinin təyin olunması və kimin oynayacağına, kimin
oynamayacağına qərar verilməsi yalandır. Bu, çox böyük
cəfəngiyyatdır”, - deyə paytaxt meri bildirib.
Gürcüstan millisi Avropa çempionatında artıq iki oyun keçirib.
Hücumçu Budu Zivzivadze Türkiyəyə qarşı yalnız son 5 dəqiqədə
meydana çıxıb.
Sosial şəbəkədə bu məsələ ilə bağlı müzakirələr başlayandan sonra
Budu Zivzivadzenin atası Kaxa Zivzivadze yazıb:
"Bu
qədər şəxsi suallar var, niyə? Heç nə bilmirəm, mənə də maraqlıdır.
Ümid edirəm ki, futbol mütəxəssisləri
deyəcəklər".
Gürcüstan millisi ikinci turda Çexiya ilə 1:1 hesablı heç-heçə
edib. Portuqaliya ilə qrup mərhələsinin son oyunu iyunun 26-da,
Tbilisi vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415