İrakli Qaribaşvilinin ailəsi “TV Pirveli” telekanalını məhkəməyə verib
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvilinin ailəsi müxalif “TV Pirveli” telekanalını məhkəməyə verib.

Buna səbəb telekanalın efirində Qaribaşvili ailəsinə məxsus üzüm emalı zavodunun uzunmüddətli icarə müqaviləsinin bağlaması ilə bağlı süjet olub.

Müqavilə "Qaribaşvilis Marani" şirkətləri ilə fransalı investorun təsis etdiyi Gürcüstan şirkəti arasında imzalanıb.

Süjetdə deyilir ki, zavodun alınması və sonradan icarəyə verilməsi mümkün
korrupsiya sxemləri ilə bağlıdır.

“Biz məhkəməyə İrakli Qaribaşvilinin ailəsinə qarşı uzun illər boyu hazırlanmış yalan və böhtana əsaslanan onlarla xəbəri təqdim edəcəyik. Bizim üçün önəmli olan odur ki, kanalın özü efirə verilən xəbərlərin yalan olduğunu etiraf etsin”, - ailənin vəkili Amiran Qiqaşvili bildirib.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google