“Gürcü Arzusu”nun deputatı Qia Tsaqareişvili səhiyyə nazirinin müavini təyin edilib

Parlamentin üzvü Qiorqi Tsaqareişvili İşğal Olunmuş Ərazilərdən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini təyin edilib.


Qiorqi Tsaqareişvili 2022-ci ildən bu günə kimi Gürcüstanın 10-cu çağırış parlamentinin deputatı və “Gürcü Arzusu” fraksiyasının sədrinin birinci müavini olub.
O, həmçinin Gürcüstan parlamentinin 6-cı, 7-ci və 8-ci çağırışlarının deputatı olub.

2017-2018-ci illərdə Gürcüstanın Ətraf Mühitin
Mühafizəsi Və Kənd Təsərrüfatı nazirinin müşaviri vəzifəsində çalışıb.

Qiorqi Tsaqareişvili rus qanununu dəstəkləyib.
Mənbə: Publika

 


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google