Futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını xatırlamalarını söylədim – Villi Sanyol
Mən futbolçulara 16-17 yaşlarında necə oynadıqlarını xatırlamalarını söylədim və bu gün bunu parlaq şəkildə etdilər.

Bunu Gürcüstan yığmasının baş məşqçisi Villi Sanyol Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda Portuqaliyaya qarşı oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis nə olur-olsun, intizamı qorumağın vacibliyini söyləyib: "Düzünü desəm, oyundan əvvəl futbolçulara nə dediyimi xatırlamıram, amma mesaj
öz futbolunu oynamaq idi. Top sizdə oldu-olmadı, intizamı qoruyun".


Qeyd edək ki, F qrupunda baş tutan Gürcüstan - Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan ən yaxşı qrup üçüncüsü kimi növbəti mərhələyə adlayıb.


Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google