Kobaxidze hökumətlər arasındakı çətinliklərə baxmayaraq, Ukrayna xalqına kömək etməkdən danışır
Gürcüstan və Ukrayna rəsmiləri arasındakı çətinliklər bizim Ukrayna xalqına maksimum yardım təmin etmək səylərimizə mane olmayacaq.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, heç bir siyasi qərarın Gürcüstan hökumətinin Ukrayna xalqının qayğısına qalmaq məsuliyyətinə mane olmadığını əlavə edib. Kobaxidze iki ölkənin rəsmiləri arasında münasibətlərin pisləşməsinin konkret qərarlarla əlaqəli olduğunu vurğulayıb.

Baş nazir əlavə edib ki, bu qərarlar arasında Ukrayna səfirinin Gürcüstandan geri çağırılması, həmçinin Gürcüstanın Ukraynadakı səfirinin faktiki olaraq ölkədən çıxarılması da var.

Baş nazir qeyd edib ki, Gürcüstan 26 min ukraynalı qaçqını qəbul edib və onları Ukrayna dilində pulsuz təhsillə təmin edib. Kobaxidze Gürcüstanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən, Rusiyanın hərbi təcavüzünü pisləyən 600-dən çox müxtəlif sənədi və qərarı dəstəklədiyini
əlavə edib.

Mənbə: apa.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google